"Mançester Siti" "Çelsi"yə qalib gəldi

22:18 - 18 Avqust 2024

İngiltərə Premyer Liqasının ilk turunda "Mançester Siti" Londonun "Çelsi" klubunu məğlub edib.

 

Manset.az xəbər verir ki, oyun Londondakı Stamford Bricdə baş tutub.

Görüşdə "Mançester Siti" 2:0 hesabı ilə qalib gəlib. 18-ci dəqiqədə "Mançester Siti" hesabı açıb: Bernardo Silvanın ötürməsindən hücumçu Erlinq Haaland fərqlənib. 84-cü dəqiqədə Mateo Kovaçiç fərqlənib.

Növbəti turda "Mançester Siti" öz meydanında "İpsviç Taun"la qarşılaşacaq. "Çelsi" isə səfərdə "Vulverhempton"la üz-üzə gələcək.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin