Bayramda Qarabağa səfər edənlərə MÜRACİƏT - VİDEO
30 Dekabr 2024
14:55 - 18 Avqust 2024
Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması prosesinə dəstəyini davam etdirməyə hazırdır.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə hazırlıq ərəfəsində Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, qarşıda duran əsas vəzifələr sülh müqaviləsinin imzalanması, sərhədin delimitasiyası və demarkasiyası prosesinin təşviqi, 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin bərpa edilməsidir: “Ermənistan-Azərbaycan nizamlanması Rusiya Federasiyası və Azərbaycan liderləri arasında danışıqların mövzularından biri olacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin