Deputatlar keçmiş Prezident Həsən Ruhanini məhkəməyə Verdilər

17:29 - 2 Noyabr 2021

Deputatlar keçmiş Prezident Həsən Ruhanini məhkəməyə Verdilər

İranın keçmiş Prezidenti Həsən Ruhaninin başçılıq etdiyi hökumətin koronavirus əleyhinə mübarizəni pis aparmasına dair parlamentə sorğu verilib.

 

Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin Səhiyyə Komissiyasının məsələ ilə bağlı hazırladığı hesabat qanunverici orqana təqdim edilib.

 

Belə ki, Həsən Ruhaninin prezidentliyi dövründə pandemiyaya qarşı mübarizənin düzgün aparılmaması ilə bağlı ittihamların yer aldığı hesabat 235 deputatın 167-si tərəfindən qəbul edilərək araşdırma üçün məhkəməyə göndərilib. Hesabatda bildirilib ki, Həsən Ruhani hökumət başçısı olduğu dövrdə koronavirusa qarşı apardığı mübarizədə cəmiyyətə düzəldilməsi mümkünsüz olan maddi və mənəvi ziyan vurub. Onun hökuməti dövründə İran COVID-19-dan ölənlərin sayının yüksək olduğu dövlətlərdən biri olub.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin