Uşaq neçə saat yatmalıdır? - Yaşa görə yuxu müddəti

00:30 - 17 Avqust 2024

Uşaq neçə saat yatmalıdır? - Yaşa görə yuxu müddəti

Keyfiyyətli yuxu istənilən yaşda olan uşaq üçün çox vacibdir. Normal yuxu ilə körpənin fiziki və zehni stressdən xilas olması lazımdır. Bundan əlavə, düzgün yuxu rejimi olmadan sağlamlığı qorumaq çətindir.O ptimal yuxu müddəti nədir?

 

Manset.az Lent.az-a istinadən bildirir ki, böyüklər gündə 7-8 saat normal yuxu rejimi olduğu hamıya məlumdur.

Bəs uşaqlar? Dərhal aşağıdakı məqama diqqət yetirək: uşaq valideynlərindən çox yatmalıdır. Yuxunun dəqiq müddəti yaşdan asılıdır.

Körpənin neçə saat yatması lazımdır?

Yeni doğulmuş körpə gündə 22 saata qədər yata bilər. Bu rəqəm hər ay azalır. 11 aylıq körpə gündə 14-16 saat yata bilər.

1-2 yaşlı uşaqlar neçə saat yatmalıdır?

Bu yaşda uşağın yuxu müddəti 11 saatdan 14 saata qədər olmalıdır.

3-5 yaşlı uşaqlara neçə saat yatmaq lazımdır?

Üç yaşından başlayaraq uşaq gündə 10-13 saat yatmalıdır. Körpə məktəbə gedənə qədər bu qaydaya riayət etmək məsləhətdir.

6-12 yaşlı uşaqlara nə qədər yuxu lazımdır?

Bu yaşda uşağın gündə 9-12 saat yatması məsləhətdir. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan bütün yaş dövrlərində gündüz yuxusu da tövsiyə olunan yuxu müddətinə daxildir.

13-17 yaşlı yeniyetmələrin nə qədər yuxuya ehtiyacı var?

Yeniyetmələr, böyüklər kimi, gündə 8 saat yata bilərlər. Ancaq 9-10 saat daha yaxşıdır.


Xəbər xətti

30 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin