Prezident onu nazirin birinci müavini TƏYİN ETDİ

11:52 - 16 Avqust 2024

Prezident onu nazirin birinci müavini TƏYİN ETDİ

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub.

 

Manset.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə Rəşad Sahil oğlu İsmayılov gətirilib. 

Yeni müavin bu gün nazirliyin kollektivinə təqdim edilib.

O, bu təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində  birinci müavin postu yaradılıb.Bununla da nazir müavinlərinin sayı 4-ə çatıb. 



Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin