Nazirlikdə “Volqa” yeyintisi - FOTO
15 Yanvar 2025
18:10 - 15 Avqust 2024
2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrindən xaric erdilən tələbələrin sayı məlum olub.
Manset.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən cavab olaraq bildirilib ki, bu il dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582-dir.
Onlar akademik borca, təhsil haqqının ödənilməməsinə, öz xahişi ilə və sair səbəblərdən ali təhsil ocaqlarından xaric olunub.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda ümumilikdə 8631 nəfər ali və orta təhsil səviyyəsində təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin