Videosu gündəm olan Razi Nurullayev danışdı - “İçi qurdlu insanlar..”

16:30 - 15 Avqust 2024

Videosu gündəm olan Razi Nurullayev danışdı - “İçi qurdlu insanlar..”

"Müalicə məqsədilə idman hərəkətləri etmək nə zamandan ayıb olub? Hər kəs idman edir, deputat da, adi vətəndaş da, nazir də, fəhlə də, ziyalı da. Hoteldir bura. Müalicəvi idman hərəkəti etmək üçün xüsusi zal tikməli deyiləm ki...".

 

Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında videosu yayılaraq gündəm olan Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat videoya mənfi yanaşanları içi qurdlu adlandırıb:

"O cür yanaşanların əksəriyyətinin şəxsiyyətində və mənəviyyatında ciddi aşınma var. İçi qurdlu şəxslər var ki, bunu fərqli tərzdə təqdim edirlər. İçində reket jurnalistika və reket jurnalistlər də var. Bu cür içi qurdlu yanaşanlar həyatdan kam almayanlar, uğursuz və şanssız adamlardır. Allah onların taleyinə uğursuzluq, deyinmə, hər şeydən narazılıq, bəxtsizlik, şanssızlıq və bədbəxt olma yazıb. Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər".


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin