“Bu böyük kişilər mənə şəhər qurmağa kömək edirlər” - Emin Ağalarov

12:04 - 15 Avqust 2024

“Bu böyük kişilər mənə şəhər qurmağa kömək edirlər” - Emin Ağalarov

Xalq artisti və iş adamı Emin Ağalarov əkiz oğulları Əli və Mikayılın jurnalist Laura Cuqeliyaya verdikləri videomüsahibələrinin bir hissəsini paylaşıb.

 

Manset.az yazır ki, sənətçinin övladları  ataları ilə münasibətlərindən danışıblar.

Lauranın “Atanıza işlərində necə kömək edirsiniz?” sualını Əli və Mikayıl belə cavablandırıb:

“Atamız bizdən soruşur ki, onun gördüyü işlər bizim xoşumuza gəlir yoxsa yox.  Çalışırıq ona həm mental həmdə fiziki cəhətdən dəstək olaq. Mənə elə gəlir ki, bu onun gördüyü işlər arasında ən böyük və vacib “Sea Breeze” layihəsidir. Digər layihələrdə heyrətamizdir amma “Sea Breeze” ən yaxşısıdır. Bu çox böyük lahiyə olduğundan biz özümüz də onun ətrafında fokuslanmışıq. Ən gözəl layihə isə “Sea Breeze”in içində hazırda tikilən “Dream liner”dir. Gəmi şəklində olacaq bu tikili Xəzər dənizinə çıxır. Heç nədən bu əzamətlikdə bir tikilinin ortaya çıxması çox maraqlıdır”.

Emin sözügedən paylaşıma “Zaman necə tez uçur. Təxminən 5-7 il əvvəl biz “Lego”dan birlikdə şəhərlər qurduq və indi bu böyük kişilər mənə əsl şəhər qurmağa kömək edirlər. Mən sizinlə fəxr edirəm” sözlərini yazıb. 

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin