"Fənərbaxça" Çempionlar Liqası ilə erkən vidalaşdı - VİDEO

10:09 - 14 Avqust 2024

Sarı-göylülər Çempionlar Liqasında son matçını 2008-ci ildə keçirmişdi.

 
Manset.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 13-ü Kadıköy Şükrü Saracoğlu Stadionunda oynanan Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Lill" ilə 1:1 bərabərə qalan "Fənərbaxça" Çempionlar Liqası ilə erkən vidalaşıb.

İlk görüşdə rəqibinə 2:1 hesabı ilə uduzan sarı-göylər "Lill"in qapısına çox səy göstərsələr də, matçın əsas vaxtında qol vura bilməyiblər. 90+1 dəqiqədə Bafode Diakite öz qapısına top göndərərək matçın əlavə vaxta getməsinə şərait yaradıb.

109-cu dəqiqədə İrfan Can Kahveciyə Aissa Mandinin sərt müdaxiləsi nəticəsində "Lill" 10 nəfərə geriləyib.

118-ci dəqiqə göründüyü zaman top Fənərbaxçalı Jayden Oosterwolde-nin əlinə dəydikdən sonra verilən penaltini qola çevirən Conatan David "Lill"i Çempionlar Liqasının pley-off mərhələsinə daşıyıb

Bu nəticə ilə Joze Mourinyonun yetirmələri Avropa Liqasında yollarını davam etdirəcəklər.

Sarı-göylülər Çempionlar Liqasında son oyununu 2008-ci ildə Ukrayna təmsilçisi Kiyev “Dinamo”su ilə keçirib.

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin