ABŞ İsrailə 20 milyard dollardan çox silah satışını təsdiqlədi

09:44 - 14 Avqust 2024

ABŞ İsrailə 20 milyard dollardan çox silah satışını təsdiqlədi

ABŞ rəhbərliyi Qəzza ilə müharibəsi davam edən İsrailə 20 milyard dollardan çox, təxminən 38 milyard manat dəyərində silah və sursat satışına icazə verib.

 

Manset.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyindən rəsmi məlumat verilib. 

ABŞ-dən İsrailə satışa icazə verilən 5 ayrı paketə döyüş təyyarələri, hava raketləri, tank və artilleriya sursatları daxildir.
Ümumi dəyəri 18,9 milyard dollar olan 50 F-15IA və 25 F-15I döyüş təyyarəsi və onlara aid döyüş sursatları bütün satışın ən böyük hissəsini təşkil edib.
Digər tərəfdən, 30 orta mənzilli hava raket sistemi (AMRAAM) və 32 mindən çox tank mərmisi və digər əlaqəli avadanlıqlar da paketlərə daxil edilib.

Bundan əlavə, 50 mindən çox artilleriya mərmisi və müvafiq avadanlığın satışı ayrıca paket kimi təsdiq edilib.
Ümumi satış dəyəri 20,3 milyard dollar olan paket Qəzzada atəşkəs prosesinin qeyri-müəyyən qaldığı və bölgədə gərginliyin artdığı bir vaxtda təsdiqlənib.

ABŞ Konqresindən silah satışının qarşısının alınması üçün bir addım atılacağı gözlənilmir.

 

 

Fidan Əliyeva

Manşet.az

 
 

     
 

Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin