4 yaşlı uşaq evdə vurulan iynədən öldü

09:28 - 14 Avqust 2024

4 yaşlı uşaq evdə vurulan iynədən öldü

Bərdədə qızdırmaya görə iynə vurduran 4 yaşlı uşaq ölüb.

 

Manset.az xəbər verir ki, hadisə ötən gün baş verib.

2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğluna qızdırması olduğuna görə evdə iynə vurulub. Halı pisləşən azyaşlını xəstəxanaya çatdırıblar.

Uşaq Bərdə RMX-nin acil şöbəsində göstərilən müdaxilələrə baxmayaraq, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin