“Qarabağ”dan TARİXİ QƏLƏBƏ: Səfərdə 7 qol vurdu - VİDEO

00:42 - 14 Avqust 2024

“Qarabağ”dan TARİXİ QƏLƏBƏ: Səfərdə 7 qol vurdu - VİDEO

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Manset.az  xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bolqarıstanda "Ludoqorets"in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək. Pley-off-da mübarizəni dayandıran tərəf birbaşa Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanacaq.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin