Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
20:59 - 13 Avqust 2024
“Paris-2024” Yay Olimpiya Oyunları bitər-bitməz Fransanın hazırladığı medalların mənfi əks-sədası gəldi. Amerikalı skeytbodçu Nyjah Huston və üzgüçü Maksim Qruset bürünc medallarının keyfiyyətindən narazılıqlarını bildiriblər.
Manset.az xəbər verir ki, amerikalı skeytbordçu sosial şəbəkələrdə medalın dekorasiyasının keyfiyyətindən şikayətlənib. Bu xəbəri eşidən Fransa mətbuatı dərhal əvvəlki Olimpiya Oyunlarını – “Rio” və “Tokio”nu sitat gətirərək oxşar problemlərin olduğundan yazıb.
İdmançılar podium sevincindən az keçməmiş xəyal qırıqlığı yaşayıblar. “Buna bax! Hətta ön hissəsi bir az soyulmağa başlayıb”, - deyə Paris-2024 Olimpiadasında kişilər arasında küçə skeytbordinqi üzrə bürünc mükafatçı Nyjah Huston instaqramda yayımlanan videoda dekorasiyasının əldə edilməsindən cəmi on gün sonra medalın korlanmış görünüşünü tənqid edib. İdmançı zədələnmiş medalının fotosunu göstərərək deyib ki, medal müharibədən qayıtmış təəssüratı yaradır. "Bu Olimpiya medalları yeni olduqda əla görünür, lakin azacıq tərli dəri ilə təmasda olduqdan və ya dostlarıma geyinməyə icazə verdikdən sonra onlar belə vəziyyətdədir. Heç də düşündüyümüz qədər keyfiyyətli deyil”, - deyə N.Huston əlavə edib. Onun medalının arxa tərəfindəki bürünc rəngli örtük həqiqətən də qopmağa başlayıb. “Bəlkə də, Olimpiya medallarının keyfiyyəti bir az da artırılmalıdır”,- deyən amerikalı skeytbordçunu instaqram səhifəsində 5 milyondan çox internet istifadəçisi izləyir.
Həqiqətən də, Akropolun və qələbə ilahəsi Afina Nikenin əks olunduğu medalın arxa tərəfindəki bürünc rəngli örtük ləpələnməyə başlayıb və ləl-cəvahiratın boz rəngini üzə çıxarıb. Ön tərəfdə də bəzi qüsurlar var.
Amerikalı idmançı bu vəziyyətlə üzləşən yeganə şəxs deyil. Fransa estafetinin bürünc mükafatçısı (4x100 metr məsafə) üzgüçü Maksim Qruset tviterdə medalının yanlardan ovulduğunu elan edib. "Deyəsən, ovulub, bir az oksidləşib", - deyə o ətraflı məlumat verib.
“Franceinfo”nun məlumatına görə, aidiyyəti qurumlarla məsələ ilə bağlı əlaqə saxlamağa çalışsalar da, heç kim cavab verməyib. Bildirilir ki, zədələnmiş medallar sistematik olaraq “La Monaie de Paris” sikkəxanası tərəfindən əvəz olunacaq və eyni şəkildə həkk ediləcək. Qeyd edilir ki, Olimpiya medallarının keyfiyyəti sual altındadır. 2016-cı ildə 130-a yaxın medal geri qaytarılıb. “Rio” Olimpiya Oyunlarının medalları ilə bağlı daha çox narazılıq olub. Səksəni amerikalı olmaqla 130-a yaxın idmançı medalları dəyişdirmək üçün oyunların təşkilatçılarına qaytarıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin