Böyük Britaniyanın Baş naziri İranı "İsrailə hücum etməkdən çəkinməyə" çağırdı

12:13 - 13 Avqust 2024

Böyük Britaniyanın Baş naziri İranı

Böyük Britaniyanın Baş naziri Key Starmer və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Onlar Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər. Müharibənin heç kimin xeyrinə olmadığını bildirən Starmer bütün tərəfləri gərginliyi azaltmağa çağırıb.Yaxın Şərqdə artan gərginlikdən dərin narahat olduğunu deyən Britaniyanın baş naziri, İranın sabitliyi pozan hərəkətlərinə son qoyacağı təqdirdə iki ölkə arasında konstruktiv dialoqun irəliləyəcəyini bildirib.

Nazir İranı "İsrailə hücum etməkdən çəkinməyə" çağırıb.

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin