Göygöldə ayı kəndə hücum etdi

11:39 - 13 Avqust 2024

Göygöldə ayı kəndə hücum etdi

Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub.

Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu gecə saatlarında həyətdə səs eşitdiyini bildirib.

O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb:

"Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Hardasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”.

Qeyd edək ki, son aylarda Göygöl rayonun bır sıra kəndləri ayı hücumuna məruz qalıb. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin