"İnter" onunla müqavilə müddətini artırdı

19:57 - 12 Avqust 2024

İtaliyanın "İnter" kollektivi kapitan Lautaro Martinezlə başa çatan müqavilə müddətini yeniləyib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hücumçu daha 5 il Milan təmsilçisinin formasını geyinəcək.

26 yaşlı argentinalı hücumçu 2018-ci ildən "İnter"də çıxış edir. O, bu müddət ərzində 282 matçda 123 qol vurub.

L.Martinez Argentina yığmasının heyətində 2022-ci il dünya çempionatının qalibi olub.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin