Yay fasiləsinin ən bahalı transferləri açıqlandı

16:55 - 12 Avqust 2024

Yay fasiləsinin ən bahalı transferləri açıqlandı

"Transfermarkt" portalı yay fasiləsinin ən bahalı keçidlərini açıqlayıb.

 

Manset.az xəbər verir ki, siyahının ilk pilləsində "Tottenhem" klubunun transferi Dominik Solanki yer alıb.

Hotspur təmsilçisi futbolçunun "Bornmut"dan transferi üçün 66,5 milyon avro ödəyib. Fransanın "Lill" klubundan "Mançester Yunayted"ə transfer olunan Leni Yoro isə ikinci pillədə yer alıb. Mançester təmsilçisi fransalı futbolçu üçün 62 milyon avro xərcləyib.

"İlk 3-lüy"ü "Vulverhempton" klubundan "Çelsi"yə keçən Pedro Neto qapayıb. Onun keçidi London təmsilçisinə 60 milyon avroya başa gəlib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin