Bu şəxslərin də maaşları artırıldı - RƏSMİ
15 Yanvar 2025
22:37 - 11 Avqust 2024
Mingəçevirdə yeni doğulan körpənin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Manset.az xəbər verir ki, əslən Kəlbəcər rayonundan olan və Yevlax rayonunun Səmədabad kəndində məskunlaşan Şəlalə Abdullazadə ilk hamiləliyindən olan uşağı dünayaya gətirmək üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.
Ötən gün axşam saatlarında xəstəxanaya daxil olan 21 yaşlı qadının yaxınlarının bildirdiyinə görə, 11 saat sonra oğlan uşağı dünyaya gəlib. Onlar iddia edirlər ki, ana və uşaq doğuşa qədər hər hansı problem yaşamayıblar. Hətta həkimlərdən biri də onları təbrik edərək, sağlam uşağın doğulacağını bildirib. Amma bir neçə saat sonra onlara körpənin ölü doğulması barədə xəbər veriblər.
Doğum şöbəsindən baş verən ölüm hadisəsi ilə bağlı bildirildi ki, 39-40 həftəlik olan körpə ölü doğulub.
O da qeyd edilib ki, tibbi ekspertiza təşkil olunub, onun rəyindən sonra səbəb bilinəcək. Ananın vəziyyəti isə kafidir.
Ətraflı Baku TV-nin süjetində:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin