Olimpiadanın bağlanış mərasimində Ukrayna bayrağını azərbaycanlı daşıyacaq

22:22 - 11 Avqust 2024

Olimpiadanın bağlanış mərasimində Ukrayna bayrağını azərbaycanlı daşıyacaq

Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Ukrayna bayrağını soydaşımız, güləşçi Pərviz Nəsibov daşıyacaq.

 

Manset.az "Sportarena"-ya istinadən xəbər verir ki, Ukrayna millisinin bayrağını soydaşımızla yanaşı avarçəkmə üzrə medal qazanmış Lüdmila Luzan da daşıyacaq.

Xatırladaq ki, azərbaycanəsilli yunan-Roma güləşçisi Pərviz Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin