Seçkilərlə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı AÇIQLANDI

18:33 - 10 Avqust 2024

Seçkilərlə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı AÇIQLANDI

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

İndiyə qədər 46 ölkə və 29 qurumdan 267 beynəlxalq müşahidəçi qeydə alınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin