Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

18:15 - 10 Avqust 2024

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun avqustun 10-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib: "Onlardan 1462 nəfərinin namizədliyi təsdiqlənib, 1420 nəfərinə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb".


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin