Azərbaycan millisi Paris-2024-də tarixi nəticəyə imza atdı - YENİLƏNİB

18:04 - 10 Avqust 2024

Azərbaycan millisi Paris-2024-də tarixi nəticəyə imza atdı - YENİLƏNİB

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

 

Manset.az xəbər verir ki, final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.

Komanda bu hərəkətlərə əsasən hakimlər tərəfindən 66.450 xalla qiymətləndirilib və yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub.

Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya oyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

16:37

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində mübarizəyə başlayıb.

Manset.az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalarla bacarığını göstərib.

Komandamız 34.850 xala layiq görülüb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin