Bu xidmətlərdə ƏDV-nin 50 %-i geri qaytarılacaq
20 Noyabr 2024
19:00 - 1 Noyabr 2021
Azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddialar Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
Manşet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, Salyan RPŞ tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb: "Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaqdır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin