Prezident Azərbaycanın məşhur Xalq artistini işdən çıxardı - SƏRƏNCAM
27 Noyabr 2024
22:51 - 9 Avqust 2024
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışlarının qalibi müəyyənləşib.
Manset.az xəbər verir ki, finalda İspaniya millisi Fransa ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3. İspaniya komandasından Fermin Lopez də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.
Fransa yığmasından isə Enzo Millot (11) və Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin