İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
17:58 - 1 Noyabr 2021
Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda həbs edilən Saməddin Məmmədovun bloqerlik fəaliyyətinə və siyasi baxışlarına görə saxlanılması ilə bağlı ailə üzvlərinin iddialarına münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında deyib ki, Saməddin Məmmədov törətdiyi konkret əmələ görə məsuliyyətə cəlb olunub:
"Sentyabrın 27-də Saməddin Məmmədov, oğlu Nahid və bacısı oğlu birlikdə Cəlilabad rayonundakı Şəhidlər Xiyabanının qarşısında rayon sakini Elşən Cəfərova qarşı heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri törədiblər. Saleh Məmmədov isə bu zaman Elşən Cəfərovu vuraraq ona bədən xəsarəti yetirib. Vətəndaşın müraciəti əsasında Cinayət Məcəlləsinin 127.2.3 (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb və Saleh Məmmədov barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə haqqında həbs-qətimkan tədbiri seçilib”.
Ehsan Zahidovun sözlərinə görə, Saməddin Məmmədov daha öncə də başqa bir əmələ görə məhkumluq həyatı yaşayıb:
"Onu da qeyd edim ki, Saməddin Məmmədov 2005-ci ildə törətdiyi ağır cinayətlərə görə 8 il məhkumluq həyatı yaşayıb. Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq), 234.4.1-ci (mütəşəkkil dəstə tərəfindən narkotik dövrioyyəsi), 234.4.3-cü (narkotik satışı) maddələrinə görə məhkum olunub. Amma görünən odur ki, islah olmayıb. Yəni onun bloqerlik fəaliyyətinin və siyasi baxışının bu məsələyə heç bir adiyyatı yoxdur”.
(qafqazinfo)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin