SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? Nazirdən açıqlama
27 Noyabr 2024
16:08 - 9 Avqust 2024
Trendyol Super Liqasının ilk həftəsində "Fənərbaxça" sabah "Adana Dəmirspor"u qəbul edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Portuqaliyalı məşhur baş məşqçi Joze Mourinyonun rəhbərliyində yeni mövsümə mütləq çempionluq şüarı ilə girən "Fənərbaxça", "Adana Dəmirspor" qarşısında qalib gələrək liqaya yaxşı başlamağı hədəfləyib.
"Fənərbaxça" "Adana Dəmirspor"la qarşılaşmada 3 futbolçusundan yararlana bilməyəcək.
Sarı-göylülər üçün ötən mövsüm cəzalı olan Mert Hakan Yandaş və İrfan Can Eğribayat matçda meydana çıxa bilməyəcək.
Sarı-göylülərin önəmli adlarından olan Fred də zədəsi səbəbindən komandasını tək qoyacaq.
Qeyd edək ki, "Fənərbaxça" yeni mövsüm öncəsi indiyədək heyətinə 5 futbolçu qatıb.
Ali Koç və rəhbərliyi altında mövsümün əvvəlində ən sakit transfer prosesini keçirən “Fənərbaxça” Levent Mercan, Oğuz Aydın, Cenk Tosun, Saint Allan-Maximin və Youssef En-Nesyri-ni heyətinə qatıb.
“Fənərbaxça” Umut Nayir, Serdar Dursun və Mişi Batşuayi ilə də yollarını ayırıb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin