"Oradakı gizli seyfə nazir və müşaviri nəzarət edirdi" - ŞOK AÇIQLAMALAR
27 Noyabr 2024
14:02 - 9 Avqust 2024
Trendyol Super Liqasında 74 günlük həsrət sona çatır. Son çempion "Qalatasaray" 9-cu dəfə Trendyol Superliqasının ilk həftəsində qəbul edəcəyi "Hatayspor"la mübarizə aparacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada "Qalatasaray"ın ulduz futbolçusu Kerem Aktürkoğlunun komandadan ayrılacağı barəsində xəbərlər yayılıb.
Buna səbəb "Qalatasaray" və "Beşiktaş" matçından sonra geyim otağında yaşanan gərginlik olub. Məsələ ilə bağlı açıqlama verən Dursun Özbek:
"Transfer mövsümü deyirlər. ransfer mövsümü deyəndə bunu başa düşmək lazımdır, dövrdür. Alış-veriş edilir. Kerem bizim övladımızdır. Zaman-zaman ailə daxilində problemlər yaşana bilir, lakin biz ailə üzvlərimizi silib, kənara atmırıq. Kerem 2 ildir bizimlədir. Hazırda onun üçün dəyərli təkliflər gəlir, qərar isə onundur. Bunu dəyişə bilmərik. Amma sosial mediada "Qalatasaray"a zərər verən paylaşımlarla şaiələr yaymayın. Biz "Qalatasaray"ıq, hədəflərimiz var. Biz Türkiyənin ən böyük idman klubuyuq. Biz Avropanın ən tanınmış idman klubuyuq. Heç kimin bunu dəyişdirmək gücü yoxdur", - deyə vurğulayıb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin