"Bu ərazidə partlayış səsi eşidə bilərsiniz" - MN məlumat yaydı
15 Yanvar 2025
13:33 - 9 Avqust 2024
Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş 28 avqust 2024-cü il tarixindən etibarən qüvvəyə minəcək.
Bu barədə Manset.az-a Mərakeş Krallığının Azərbaycandakı Səfirliyindən bildirilib.
Göstərilmiş tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər. Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman eyni vizasız imtiyazlardan yararlanacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin