"Kasıb ölkələrdə peyvənd çatışmazlığı biabırçılıqdır" - BMT Baş katibi 

15:49 - 1 Noyabr 2021

İnkişaf etmiş ölkələrdə koronavirusa qarşı artıq üçüncü doza peyvənd vurulduğu halda, Afrika ölkələrində əhalinin cəmi 5 faizinin tam peyvəndlənməsi bütün dünya üçün biabırçılıqdır.

Manset.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Qauterreşin açıqlamasında bildirilir.

Təşkilat rəhbəri dünya liderlərini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş Qlobal Peyvəndləmə Strategiyasını tam şəkildə dəstəkləməyə çağırıb: “Bu ilin sonunadək əhalinin 40 faizinin, 2022-ci ilin ortalarınadək 70 faizinin peyvəndlənməsinə nail olmalıyıq”.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin