Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ

11:05 - 9 Avqust 2024

Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ

Sabah Bakıda ümumşəhər iməciliyi keçiriləcək.
 

Bu barədə Manset.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə, yol kənarlarında, həyət və məhəllələrdə yaranmış tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə BŞİH tərəfindən avqustun 10-da paytaxtda novbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.

BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin  sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə və özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, obyektlərin vitrinlərini və ətraf ərazilərini təmizləməyə  çağırır.

Bildirilir ki, bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin