Ermənilərdən Şövkət Ələkbərovanın mahnısı ilə bağlı təxribat
27 Noyabr 2024
16:44 - 8 Avqust 2024
2024-cü il Paris Yay Olimpiya Oyunları davam edir.
Manset.az Apasport-a istinadən xəbər verir ki, yarışların sonuna yaxın ciddi sağlıq problemləri gündəmi zəbt edib.
Koronavirus pandemiyadan sonra ilk Olimpiada olan Paris-2024-dən də yan keçməyib.
Təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarından və Pekində keçirilən 2022 Qış Olimpiya Oyunlarından fərqli olaraq, Parisdə COVID-19 virusu ilə bağlı heç bir ciddi məhdudiyyət olmayıb.
Parisin Olimpiya kəndində isə virusa yoluxanların sayı hər gün artmaqda davam edir.
Belə ki, Olimpiadada yarışan, müxtəlif ölkələri təmsil edən 40-dan çox idmançının COVID-19 testi müsbət çıxıb.
Bəs, Azərbaycanı təmsil edən idmançılar arasında koronavirusa yoluxan varmı?
Məsələ ilə bağlı Milli Olimpiya Komitəsindən apasport.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Paris-2024-də iştirak edən idmançılarımız arasında koronavirusa yoluxan yoxdur, onların sağlamlıq durumu normaldır.
Gənclər və İdman Nazirliyindən də sorğumuza cavab olaraq, heyətdə heç bir yoluxma faktının aşkarlanmadığı, hər şeyin olimpiya proqramına uyğun olaraq davam etdiyi bildirilib.
Qeyd edək ki, Paris-2024-də koronavirusa yoluxan idmançılar barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Paris Yay Olimpiya oyunları avqustun 11-i başa çatacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin