İngiltərədə elektron tullantılardan qızıl emal ediləcək

16:35 - 7 Avqust 2024

İngiltərədə elektron tullantılardan qızıl emal ediləcək

Böyük Britaniya elektron tullantıları emal edərək qızıla çevirəcəklərini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, köhnə elektron lövhələrdən qiymətli metalları çıxarmaq və onları qızıla çevirmək üçün yeni fabrik inşa edilib. Prosesin birinci mərhələsində elektron lövhələr istiliklə ayrılacaq və tərkibində qızıl olan hissələr ayrıca obyektə göndəriləcək.
Paltaryuyan maşın kimi fırlanan tamburdakı dövrə hissələri xüsusi turşu qarışığında yuyulacaq sonra bu mayeni süzməklə xalis qızıl tozu əldə ediləcək.
Bu yolla qızılın 4 dəqiqəyə çıxarıla biləcəyi və çox daha az enerji tələb olunduğu iddia edilib.

Şirkət ildə təxminən 4 min ton elektron tullantı emal etməyi hədəfləyib. Yeni texnologiya yüksək keyfiyyətli və 99,99 faiz təmizlikdə qızıl çıxarmaq üçün daha davamlı üsul təklif edib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin