Yaponiyada 2 dəfə zəlzələ oldu

09:09 - 1 Noyabr 2021

Yaponiyada 2 dəfə zəlzələ oldu

Yaponiyada iki dəfə zəlzələ qeydə alınıb.

Manset.az-ın xəbərinə görə, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, birinci təbii hadisə yerli vaxtla saat 06:14-də paytaxt Tokionun şimal-şərqində İbarakidə 5,2 bal gücündə baş verib.

Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Tokio və ətraf prefekturalarda hiss olunub.

Qeyd edilir ki, yerli vaxtla saat 05:35-də Kansay regionunun cənubundakı Vakayama prefekturası yaxınlığında da 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Meteorologiya Agentliyi zəlzələlərin sunami təhlükəsi yaratmadığını bildirib.

Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin