Ərdoğan Makronla Cənubi Qafqazda sülhü müzakirə etdi

23:58 - 31 Oktyabr 2021

Ərdoğan Makronla Cənubi Qafqazda sülhü müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşündə Cənubi Qafqaz məsələləri ilə bağlı müzakirə aparıb.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə G20 sammitindən sonra mətbuata açıqlamasında Ərdoğan özü məlumat verib. 

“Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan. Altılıq olaraq addım atıb bölgəyə sülhü gətirək dedim. Bu mövzuda cənab İlham Əliyev də Ermənistana sülh təklifini edib. Gürcüstan-Rusiya arasındakı münasibətləri də müsbət mənada daha fərqli müstəviyə gətirmək işimizi asanlaşdıracaq”, - deyə Ərdoğan qeyd edib.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin