Türkiyə Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn məhsulların gömrük rüsumunu qaldırdı

18:05 - 6 Avqust 2024

Türkiyə Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn məhsulların gömrük rüsumunu qaldırdı

Prezident Ərdoğanın imzası ilə dərc edilən qərara əsasən, Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn məhsullara tətbiq edilən gömrük vergisi 30 faizdən 60 faizə qaldırılıb.

 
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 4458 saylı Gömrük Qanununun bəzi maddələrinin tətbiqi ilə bağlı qərarda xaricdən gətirilən malların sabit vergi dərəcələri dəyişdirilib.

6 avqust tarixli Rəsmi Qəzetdə dərc olunan qərara əsasən, Avropa Birliyi (AB) ölkələrindən gələn dəyəri 30 avronu (1099 TL) keçməyən məhsullara tətbiq edilən gömrük vergisi yüzdə 18-dən yüzdə 30-a qaldırılıb.

Eyni zamanda, 1500 avrodan çox olmayan əczaçılıq məhsulları üçün də eyni tarifin tətbiq edilməsi qərara alınıb.

Bu məhsullar AB xaricindəki ölkələrdən gələrsə, hər alış üçün yüzdə 60 vergi toplanacaq.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin