İnstagram və Facebook Malaziyanın Baş nazirindən üzr istədi

17:50 - 6 Avqust 2024

İnstagram və Facebook Malaziyanın Baş nazirindən üzr istədi

HƏMAS lideri Haniyənin öldürülməsinə görə baş nazir Ənvər İbrahimin paylaşdığı mesajları silən texnologiya nəhəngi günlər sonra üzr istəyib və geri addım atıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə bağlanan İnstagramın sahibi Meta şirkəti Cənubi Asiya ölkəsi Malaziyada da gündəmin başında gəlir. Malayziyanın baş naziri Ənvər İbrahim İranın paytaxtı Tehranda Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra Facebook və İnstaqram hesablarında mesajlar paylaşıb. Mesajlardan birində İbrahimin HƏMAS rəsmisinə telefonla başsağlığı verdiyini əks etdirən video da yer alıb.

Instagram və Facebook-un sahibi Meta Malayziya baş nazirinin mesajlarını silib. İnstaqramdakı qeyddə Enver İbrahimin mesajlarının 'təhlükəli insanlar və təşkilatlarla' əlaqəli olduğu qeyd edilib.

Meta şirkəti mesajların əməliyyat səhvinə görə silindiyini söyləyərək bu gün Baş nazir İbrahimdən üzr istəyib və mesajları sosial media hesablarına bərpa edib.

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin