Bu ölkənin lideri “WhatsApp”dan imtina etdi

11:28 - 6 Avqust 2024

Bu ölkənin lideri “WhatsApp”dan imtina etdi

Venesuela lideri Nikolas Maduro tərəfdarlarının Karakasda keçirdiyi mitinqdə “WhatsApp” messencerindən həmişəlik istifadəni dayandıracağını, Telegram və “WeChat” xidmətlərinə keçəcəyini vəd edib.

 

Manset.az xarici mediaya istinadla bildirir ki, Maduronun sözlərinə görə, messencerdən Venesuelanı təhdid etmək üçün istifadə edildiyi üçün o, “WhatsApp”la əlaqələri kəsəcək. Prezident söz verib ki, o, “WhatsApp”ı telefonundan həmişəlik silərək, kontaktlarını tədricən Telegram və “WeChat”a keçirəcək.

Maduro vurğulayıb ki, “WhatsApp”da qorxaqcasına anonimlik arxasında gizlənən cinayətkarlar Venesuela gənclərini və respublikanın xalq liderlərini xaricdən təhdid edirlər. Prezident qeyd edib ki, vətənpərvər və inqilabçı gənclər anonimlik arxasında gizlənmir.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin