Rusiya Gürcüstanla sərhəddə yolun açılmasını gözləyənlərə yardım edəcək

20:00 - 5 Avqust 2024

Rusiya Gürcüstanla sərhəddə yolun açılmasını gözləyənlərə yardım edəcək

Rusiya tərəfi Gürcüstanla sərhəddə yolun açılmasını gözləyən hər kəsi su və tibbi yardımla təmin edəcək.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Şimali Osetiyanın "rəhbəri" Sergey Menyailo öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Yuxarı Larsda avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 6-da saat 01:00-dan növbəti xəbərdarlığa qədər məhdudlaşdırılacaq.

"Hazırda mindən çox avtomobil respublikadan keçmək üçün gözləyir: insanlar qonşu ölkəyə tətilə gedirlər, lakin biz onlara bütün lazımi yardımı göstərəcəyik", - deyə Menyailo qeyd edib.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin