Bu ölkədə göyərçin yemləyənlər həbs ediləcək

15:59 - 5 Avqust 2024

Bu ölkədə göyərçin yemləyənlər həbs ediləcək

Honq-Konqda göyərçinləri bəsləməyə görə sərt cərimələr və həbs cəzaları tətbiq edilməyə başlanılıb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu yolla muxtar bölgə çirklənmə və xəstəliklərin yayılması ilə mübarizə aparır. Bundan sonra küçələrdə quş bəsləyən hər kəs 100 min Honq-Konq dollarına qədər cərimə və ya hətta bir il müddətinə həbs edilə bilər.

Honq-Konq sakinlərinə yeni tələblərlə tanış olmaq üçün vaxt verilib. Belə ki, avqustun 1-dən avqustun 31-dək qaydanı pozan şəxslərə əvvəlcə şifahi xəbərdarlıq ediləcək, yalnız itaətsizlik zamanı məcburi tədbirlər görüləcək. Sentyabrın 1-dən isə onlar yeni qaydalara görə məsuliyyətə cəlb olunacaqlar.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

30 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin