Banqladeşdə fövqəladə vəziyyət

17:46 - 4 Avqust 2024

Banqladeşdə fövqəladə vəziyyət

Banqladeşdə fövqəladə vəziyyət elan olunub.

 

Manset.az “Banglanews24”ə istinadən xəbər verir ki, etiraz aksiyaları ilə əlaqədar Banqladeş hökuməti saat 18:00-da komendant saatı elan edib və interneti kəsib.

Qeyd edək ki, indiyə qədər etiraz aksiyalarında 32 nəfər ölüb, çoxlu sayda yaralı var. Etirazlara səbəb dövlət qurumlarında vəzifələrin 30 faizinin Banqladeşin müstəqilliyi uğrunda 1971-ci ildə aparılmış müharibənin veteranlarının qohumlarına verilməsinə dair aşağı instansiya məhkəməsinin qərarı olub. Banqladeş Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, bu kvota 7 faizə endirilib.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin