Azərbaycan və Türkiyə XTQ-ləri birgə təlimdə
26 Noyabr 2024
16:37 - 4 Avqust 2024
Bakıda parkda azyaşlı uşağı elektrik cərəyanı vurub.
Manset.az xəbər verir ki, bu barədə Qafqazinfo-nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.08.2024-cü il tarixində saat 19:00 radələrində Nəsimi rayonu, Koroğlu parkı ərazisində yerləşən dayanacaqdan 4 yaşlı uşağı (kişi cinsli) elektrik cərəyanının vurması səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Tibb müəssisəsində azyaşlıya zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabilləşən azyaşlı ambulator müalicə üçün evə buraxılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin