Dünənki qəzada yaralananların vəziyyəti açıqlandı

13:14 - 3 Avqust 2024

Dünənki qəzada yaralananların vəziyyəti açıqlandı

Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.


Manset.az Report.az-a istinadən xəbər verir ki, digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Bildirilib ki, onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.

Vurğulanıb ki, qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.

Qeyd edək ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 19-u isə həyatını itirib.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin