"Mask, səninlə hesablaşacağıq" - Venesuela prezidenti

21:55 - 2 Avqust 2024

Venesuela prezidenti Nikolas Maduro və amerikalı milyarder İlon Mask arasında gərginlik davam edir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Maduro İlon Maskın duel dəvətini qəbul etdiyini və onunla hesablaşacağını açıqlayıb. 

Maskı ölkəsinə dəvət edən Maduro, "O, duel dəvətimi qəbul etdi. İlon Mask, səninlə hesablaşacağıq. Amma gəl bura, sən və mən Poliedroda (Karakasdakı tədbir sahəsi). Əgər səni məğlub etsəm, Marsa getmək təklifini qəbul edəcəm, amma sən də mənimlə gələcəksən", - deyib.

Qeyd edək ki, Maduro və Mask arasındakı gərginlik Maduronun iyulun 28-də ölkəsində keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəldikdən sonra başlayıb. Belə ki, İlon Mask “seçkilərin saxtalaşdırıldığını” iddia edib.

Manşet.az


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin