"Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm" - Zaur Mikayılov
30 Oktyabr 2024
10:56 - 2 Avqust 2024
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
Manset.az xəbər verir ki, bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.
23-cü sırada yer alan ölkənin əmsalı 18,375-ə bərabərdir.
"Qarabağ" Çempionlar Liqasında Cəbəllütariqin "Linkoln" komandasının qapısına beş cavabsız qol vurub. "Köhlən atlar" səfərdə də qalib gəlmişdi - 2:0.
"Zirə" ötən gün Slovakiyada "DAK 1904" klubunu üstələyib - 2:1. "Qartallar" ilk dueldə inamlı qələbə əldə edib - 4:0.
"Sabah" əlavə vaxtda İsrailin "Makkabi" (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.
Evdə Macarıstan təmsilçisi "Fehervar"a məğlub olan "Sumqayıt" səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.
Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0,625 xal qazandırıb.
55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin