Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
21:31 - 1 Avqust 2024
Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri olan və kriminal dairələrdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin Bakıda Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Manset.az xəbər verir ki, məlumatı DİN-in Mətbuat Xidmətidən “Qafqazinfo”ya təsdiqləyiblər.
“Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, “Oleq Bakinski”nin həbs olunması barədə ilk məlumatı Azinform.az saytı yayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin