Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlandı

17:58 - 1 Avqust 2024

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 23 ölkə və beş qurumdan ümumilikdə 94 beynəlxalq müşahidəçi qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 8 825 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onların 4 622 nəfəri MSK-da, 4 203 nəfəri Dairə Seçki Komissiyalarında (DSK) qeydə alınıb".

 


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin