"Həyat yoldaşımla heç yerə getmirəm" - Əməkdar artist

00:30 - 1 Avqust 2024

Əməkdar artist Yusif Mustafayev həyat yoldaşı ilə heç yerə getmir.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb.

O, təklikdə qalmağı daha çox sevdiyini etiraf edib:

"Mən həyatda təkliyi sevirəm. Xanımımla heç yerə getmirəm. Övladları ilə gedir. Amma tanınmağın çətinlikləri var. Ailəvi harasa getmək alınmır. Qorxduğum şey abırım, ismətimdir. Ona görə mənə çətin gəlir. Məşhur olmamışdan əvvəl dükana gedərdik. Tanındıqdan sonra ailəvi dükana, bazara da getmirəm. Mən həssas insanam, ehtiyat edirəm".


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin