İlham Əliyevdən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı PAYLAŞIM
30 Dekabr 2024
17:50 - 31 İyul 2024
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi üzrə Kredit sazişi" imzalanmışdır. Kredit Sazişi çərçivəsində mövcud “Yenikənd-Biləsuvar (km 32+140÷103+320) hissəsinin yenidən qurulması” layihəsi, Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və dayanıqlı nəqliyyat sisteminin təmin edilməsi işləri yerinə yetirilir.
Manset.az xəbər verir ki, sözügedən layihənin icrasına dəstək missiyasını AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov qəbul etmişdir. Görüşdə tapşırıq qrupunun rəhbəri, nəqliyyat üzrə baş iqtisadçı Nicat Vəliyev, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister, nəqliyyat üzrə mütəxəssis Raqub Qarazadə, 2 saylı Layihələrin İdarə edilməsi Qrupunun direktoru Mehman Babaxanov və 2 saylı Layihələrin İdarə olunması Qrupunun mühəndisi Əyyub Hüseynov iştirak ediblər.
Görüşdə Kredit Sazişi üzrə nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, qarşıya çıxan çətinliklərin həlli və gələcək əməkdaşlığın perspektivləri ətraflı şəkildə müzakirə olunub. Qeyd edilib ki, mövcud “Yenikənd-Biləsuvar (km 32+140÷103+320) hissəsinin yenidən qurulması” layihəsi üzrə işlərin tərəqqisi qənaətbəxşdir və tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin