Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
13:59 - 31 İyul 2024
İyulun 30-da Bakıda Mərakeş Krallığının milli bayramı - Taxt-Tac Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Manset.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.
Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək ölkəsinin son illərdə qazandığı uğurlar barədə danışıb.
Diplomat qeyd edib ki, Mərakeş bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-da məmnuniyyətlə təmsil olunacaq.
Mərasimdə Azərbaycan Hökuməti adından çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.
Qeyd olunub ki, iki ölkənin rəhbərləri arasında olan səmimi münasibətlər Azərbaycan-Mərakeş əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq ildən-ilə dərinləşir.
Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin