Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
23:13 - 30 Oktyabr 2021
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu “Böyük iyirmilik” (G20) ölkələrinin sammitinin keçirildiyi Romada danışıqlar aparıblar.
Manset.az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, danışıqlarda əsas diqqət Balkanlar və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə yönəldilib.
Nazirlər çoxtərəfli formatlardan istifadə etməklə Bosniya nizamlanmasına kömək etmək üçün birgə addımların atılması imkanlarını müzakirə ediblər.
Görüş zamanı Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və qarşılıqlı faydalı doğuran infrastruktur layihələrinin təşviqi məqsədilə “3+3” regional mexanizminin işə salınması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin